Azərbaycan alimlərinin elmi-metodik vəsaitləri Rusiya Təbiət Elmləri Akademiyasının xüsusi diplomuna layiq görülüb

Rusiyanın paytaxtı Moskva şəhərində bu günlərdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 75-ci sərgi pavilyonunda elmi və tədris ədəbiyyatının və digər nəşrlərin geniş ekspozisiyası təqdim edilib.

Təqdim olunan kataloqlarda 2004-2019-cu illər üçün Rusiya Təbiət Elmləri Akademiyasının nəşriyyatı tərəfindən dərc olunan kitablara dair məlumatlar, eləcə də son illərdə akademik qurum tərəfindən keçirilən tədris və metodik nəşrlərin sərgi tanıtımlarının materialları nümayiş etdirilib.

Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun və institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının mineral suları” və ”Su-təbiətin möcüzəsi” elmi-metodik vəsaitləri də Rusiya Təbiət Elmləri Akademiyasının stendində təqdim olunub.

Təşkilat Komitəsinin qərarı ilə müəlliflər elm və təhsilin inkişafındakı xidmətləri nəzərə alınaraq xüsusi diploma və Xatirə medalına layiq görülüblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here