RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda yer alıb

10

Azərbaycan alimlərinin məqaləsi 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi və AMEA-nın elmi-tədqiqat proqramları çərçivəsində “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Optimization Theory and Applications” (https://www.springer.com/mathematics/journal/10957) 1.234 impakt faktorlu jurnalda dərc edilib.

Məqalənin müəllifləri Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, AMEA-nın professoru Rövşən Bəndəliyev və İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları – professor İlqar Məmmədov, tex.ü.f.d. Yasin Rüstəmovdur.

“Dəyişən dərəcəli Sobolev fəzalarında Bianki tənliyi üçün optimal idarəetmə məsələsi” (https://link.springer.com/article/10.1007/s10957-018-1290-9) sərlövhəli məqalədə əmsalları dəyişən dərəcəli Lebeq fəzasından olan üçüncü tərtib Bianki tənliyi ilə təsvir olunmuş paylanmış parametrli optimal idarəetmə məsələsi üçün Pontryaqin maksimum prinsipi isbat edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı