Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti BSU-da olub

Bakı Slavyan Universitetində (BSU) Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova ilə görüş keçirilib.
Universitetdən bildiriblər ki, görüşdə Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Eyvazova, BSU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
M.Vahabova məzunu olduğu universitetə qonaq kimi dəvət aldığına görə BSU-nun rəhbərliyinə minnətdarlığını bildirib. İnstitut illəri ilə bağlı xatirələrini bölüşən M.Vahabova gənclərə tələbəlik illərinin qədrini bilməyi, dövlətin gənclər üçün yaratdığı şəraitdən düzgün yararlanmağı tövsiyə edib.
Qonaq rəhbərlik etidiyi cəmiyyətin Azərbaycanla bağlı Nyu-Yorkda keçirilən tədbirlərin əsas təşkilatçısı olduğunu deyib. Bildirib ki, bütün əlamətdar günlərdə, aksiyalarda, anım tədbirlərində Azərbaycanın tarixi həqiqətləri, milli-mənəvi dəyərləri təbliğ olunur.(ikisahil)
Sonra M. Vahabova iştirakçıların suallarını cavablandırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here