Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi keçiriləcək

22-25 oktyabr tarixində tikinti sahəsində Xəzəryanı regionun ən böyük tədbiri – 20-ci Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild 2014”) sərgisi keçiriləcək. Sözügedən sərgi Bakı Ekspo Mərkəzinin bütün sahəsini, o cümlədən xarici meydançasını da əhatə edir.

Dialoq.info-nun məlumatına görə, “BakuBuild” sərgisini fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun universallığıdır. Sərgidə sadə alətlərdən tutmuş landşaft layihələndirilməsinə kimi tikinti məhsulları və xidmətlərinin bütün çeşidi, habelə dizaynla bağlı yeniliklər və innovasiyalı texnologiyalar nümayiş etdiriləcək. Sərgiyə gələn hər bir kəs burada tikinti, təmir və tamamlama işlər üçün lazım olan məhsulları tapa bilər, belə ki, “Mebel və İnteryer” sektorları evinizi və ya mənzilinizi çoxdan arzuladığınız üslubda bəzəməkdə sizə yardım edəcək. Peşəkar dizaynerlər isə müvafiq məhsul və materialların seçilməsi xüsusunda məsləhətlər verəcəklər.

Bu il “Mebel” sektorunda əvvəlki sərgi ilə müqayisədə ciddi artım müşahidə olunur, belə ki, həmin sektor çərçivəsində Azərbaycan, Ukrayna və Türkiyənin istehsalçı şirkətləri ofis, bağ, ev, vanna otağı mebellərini və bir sıra digər məhsulları təqdim edəcəklər. Həmçinin, sərgidə ilk dəfə iştirak edən Ukraynanın istehsalçı şirkəti saraylar, mehmanxanalar və fərdi villalar üçün əl ilə hazırlanmış eksklüziv, lüks kateqoriyalı mebelləri nümayiş etdirəcək.

“BakuBuild” sərgisi təqdim edir:

  • 490 şirkət
  • 29 ölkə
  • 7 milli qrup – Portuqaliya, Macarıstan, İspaniya, İran, BƏƏ, İtaliya və Almaniya
  • 5 pavilyon + xarici meydança
  • Baş sponsor – “Corella” şirkəti
  • Qızıl sponsor – “AZPOL” şirkəti
  • Sponsorlar –“Holcim Azerbaijan” şirkəti və Qazax Sement Zavodu

“BakuBuild” sərgisi təqdim edir:

  • 490 şirkət
  • 29 ölkə
  • 7 milli qrup – Portuqaliya, Macarıstan, İspaniya, İran, BƏƏ, İtaliya və Almaniya
  • 5 pavilyon + xarici meydança
  • Baş sponsor – “Corella” şirkəti
  • Qızıl sponsor – “AZPOL” şirkəti
  • Sponsorlar –“Holcim Azerbaijan” şirkəti və Qazax Sement Zavodu

Sərginin bölmələri:

  • Tikinti avadanlıqları
  • Keramika
  • Dekorativ daş
  • Pəncərə və qapılar
  • İnteryer
  • Eksklüziv santexnika
  • Dam örtükləri
  • Dekorativ materiallar
  • Döşəmə örtükləri
  • Landşaft dizaynı
  • Tikinti texnikası
  • Mebel

Sizi sərginin qonaqları arasında görməyə şad olarıq və ümid edirik ki, bu tədbiri ziyarət etmək sizin üçün həm səmərəli, həm də faydalı olacaq.

Qeydiyyat: http://www.bakubuild.az/2014/?p=visitors_fast_register&l=az

 

Sərgiyə necə gəlmək olar:

“Bakı Expo” Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • “28 Маy” metro stansiyasından – N 136, 116
  • “Ulduz” metro stansiyasından – N 101, 150, 187
  • “Koroğlu” metro stansiyasından – N 100, 101, 187, 150
  • “Q.Qarayev” metro stansiyasından – N 100, 160, 171
  • “Neftçilər” metro stansiyasından – N 141

Sərgi ziyarətçiləri üçün hər saatdan bir avtobuslar hərəkət edəcəklər:

  • “N.Nərimanov” metro stansiyası – Bakı Ekspo Mərkəzi (əks istiqamət daxil olmaqla)

Avtobusların hərəkət cədvəli:

22 oktyabr 23,24 oktyabr 25 oktyabr

Bakı Ekspo Mərkəzinə
10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00

Bakı Ekspo Mərkəzinə
9.00
10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00

Bakı Ekspo Mərkəzinə
9.00
10.00
11.00
12.00
13.00
14.00

Bakı Ekspo Mərkəzindən
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00

Bakı Ekspo Mərkəzindən
11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00

Bakı Ekspo Mərkəzindən
11.00
12.00
13.00
14.00
15.00
16.00