Azərbaycan cüdoçuları Özbəkistanda daha iki medal qazandılar

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə “Qran-Pri” yarışı davam edir.

Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə daha iki medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Telman Vəliyev və 81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə mötəbər turnirin bürünc medallarına sahib olublar.

Yarışın ilk günü Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here