“Azərbaycan dilinin təbliğatında nitq mədəniyyətinin rolu” adlı layihənin icrası uğurla başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan dilinin təbliğatında nitq mədəniyyətinin rolu” adlı layihənin icrası uğurla yekunlaşdı.

Beləki, layihə çərçivəsində nəzərdə tutulan təlimlər ilkin olaraq 22 dekabr və 28 dekabr 2017-ci il tarixlərində Suraxanı Gənclər Evi sosial xidmət müəssisəsinində və sonuncu 3-cü təlim isə 29 dekabr 2017-ci il tarixində İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində keçirilmişdir.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin nitq qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində təşəbbüs göstərmək, onların ünsiyyət probleminin aradan qaldırılmasına kömək etməkdir. Tədbirlərdə layihə rəhbəri Hacıyev Məhəmməd çıxış edərək tədbir iştirakçılarına layihə ilə bağlı ətraflı məlumat vermiş və layihənin reallaşması üçün maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirmişdir. Təlimçi Eltac Cəbiyev Azərbaycan dilinin inkişaf tarixi, Nitq mədəniyyəti, Nitq normaları, Natiqliyin sirrləri mövzularında tədbir iştirakçılarına ətraflı məlumat verərək, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Layihə  ümumilikdə 75 nəfər gənci əhatə etsədə, layihə çərçivəsində daha çox gəncin maariflənməsi üçün iştirakçılara məlumatlandırıcı bukletlər paylanılmışdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here