Azərbaycan Dillər Universitetinin tələbələri ənənəvi Çin təbabəti barədə məlumatlandırılıblar

Aprelin 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin təbabəti üzrə seminar təşkil olunub.

ADU-dan bildiriblər ki, seminar çərçivəsində “Yanquan” Pekin Elmi-Tədqiqat İnstitutunun direktoru, Pekin otorinolarinqoloji xəstəxanasının baş həkimi, tibb sahəsi üzrə ekspert xanım Li Tiehun ənənəvi akupunktur və Çin masaj texnikaları üzrə ustad dərsləri keçib.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ənənəvi Çin təbabətinin tarixi, müxtəlif terapiya üsulları, fəlsəfi konsepsiyalar və praktik təlimlər (yin və yan, çiqon, fenq, şui) haqqında danışıb. R.Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyib, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı sağlamlıq və tibb elmləri sahəsində ölkələrimiz arasında imzalanmış sazişi xatırladıb.

Li Tiehun müayinələr, tənəffüs diaqnostikası, palpasiya, moxoterapiya, fitoterapiya, terapevtik gimnastika məşğələləri, terapevtik pəhriz daxil olmaqla, ənənəvi Çin təbabəti diaqnostikasının əsas qaydaları və üsullarından bəhs edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here