” Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültələrarası Velosiped Yarışı ” təşkil olunacaq

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı və Azərbaycan Velosiped İdmani Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə ” Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültələrarası Velosiped Yarışı ” təşkil olunacaqdır. Layihənin məqsədi:
-Velosiped idmanını ölkə səviyyəsində təbliğ etmək
-İstedadlı tələbələri üzə çıxartmaq
-Gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
Yarışmada iştirak edəcək komandalar 2qız və 2oğlan olmaqla 4nəfərdən ibarət olacaq.
Yarışma 29noyabr saat 11:00 da Veloparkda keçiriləcəkdir.
Veloyarışın qalibləri dəyərli hədiyyələrlə və 1-ci yerin qalibi 200AZN,2-ci yerin qalibi 150AZN,3-cü yerin sahibi isə 100AZN pul mükafatı ilə mükafatlandırılacaqlar.

10378204_740405916015235_1085671717231906533_n