RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Azərbaycan “Eurovision 2016” təmsilçisinin seçiminə başlayır

167

Azərbaycan “Eurovision 2016” təmsilçisinin seçiminə başlayır.

Trend-in məlumatına görə, milli seçimlərin nəticəsi martın 14-də açıqlanacaq.

Möhtəşəm mahnı müsabiqəsi may ayında İsveçin Stokholm şəhərində “Ericsson Globe” arenasında keçiriləcək.

Qeyd edək ki, milli seçimdə iştirak etməyə hazır olan və öz təmsilçiliyini irəli sürmək işində özünə güvənən istənilən Azərbaycan artisti (Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan vətəndaşları, yaxud Azərbaycan əsilli artistlər) seçimlərə qatılmaq üçün aşağıdakıları təqdim etməlidir: ad, soyad, doğum tarixi, yaşadığı şəhər kimi əsas məlumatlar və performansın audio/video yazısı, “Youtube” linki və beş ədədədək foto.

Azad bəstəkarlar mahnıların audiolarını, sözlərini və özləri haqqında əsas məlumatları təqdim etməlidirlər. Öz mahnılarını təqdim etməyə hazır olan mahnı yazarları üçün milli zəmində hər hansı məhdudiyyət yoxdur.

Seçimlərdə iştirak etmək istəyənlər öz ərizələrini fevralın 10-dək [email protected]ünvanına göndərə bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı