Azərbaycan “Formula-1”dən 277,3 milyon dollar qazanıb

“Formula-1” yarışları Azərbaycana 277,3 milyon dollar gəlir gətirib.

Bu barədə “PricewaterhouseCoopers” (PwC) audit şirkətinin apardığı müstəqil araşdırma nəticəsində hazırlanmış hesabatda bildirilib.

Qeyd olunub ki, bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, hotel, mehmanxana, restoran, nəqliyyat və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Hesabatda vurğulanıb ki, Bakıda keçirilən “Formula 1” yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here