Azərbaycan Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşları keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yeni tədris dövrü çərçivəsində keçirilən təlim-məşq uçuşları zamanı təyyarə və helikopterlər hədəflərin məhvinə dair tapşırıqları icra ediblər.

Aviasiya vasitələrinin ekipajları quru qoşunlarının havadan dəstəklənməsi, şərti düşmənin komanda məntəqələri, zirehli texnikaları və canlı qüvvəsinin məhv edilməsi, eləcə də hava kəşfiyyatının aparılması taktiki epizodlarını da yerinə yetiriblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here