Azərbaycan haqqında məlumatların sayı artırılacaq

“Azərbaycan vikimediaçıları” qrupu istifadəçiləri 29 Mərkəzi və Şərqi Avropa “Vikipediyası”nda paralel keçirilən “Vikibahar-2016” məqalə müsabiqəsində iştiraka dəvət edir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “Vikibahar-2016” “Vikipediya”da Mərkəzi və Şərqi Avropa ölkələri haqqında məqalələrin yaradılması üçün keçirilən “Wikimedia CEE Spring – 2016” layihəsinin azərbaycanca olan bölməsidir.(AZƏRTAC)
Mayın 31-dək davam edəcək layihənin məqsədi Mərkəzi və Şərqi Avropa dillərindəki “Vikipediya” layihələri arasında əməkdaşlığı yaxşılaşdırmaq, qonşu ölkələr barədə bilikləri artırmaq və digər dillərdə Azərbaycan haqqında məlumatların artırılmasına nail olmaqdır.