RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL 2019.11.07 10:29

Azərbaycan İlahiyyat İnstitutu ilə Bolqar İslam Akademiyası arasında Əməkdaşlıq Protokolu imzalanıb

18

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Rusiya Federasiyasının ilk İslam Akademiyası olan Bolqar İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb.

Sənədi Aİİ-nin rektoru Ceyhun Məmmədov və Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdurrahmanov imzalayıblar.

Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.


Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı