RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” adlı foto müsabiqə

437

Milli İncəsənət Muzeyi BP neft şirkətinin dəstəyi ilə “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” adlı foto müsabiqə elan edir.
Müsabiqədə iştirak üçün Azərbaycan incəsənətinin görkəmli nümayəndələri, mədəniyyət və incəsənət sahəsinə aid olan tədbirlər əks olunmuş, 30×40 sm ölçüdə Forex üzərinə yapışdırıllmış iki ədəd foto şəkil Azərbaycan Milli İncəsənət Muzeyinə (beynəlxalq əlaqələr və innovasiyalar şöbəsi) təqdim olunmalıdır.

15 yaşdan yuxarı hər bir həvəskar və peşəkar fotoqraf müsabiqədə iştirak edə bilər.

Şərtlər:
Fotolar mütləq fotoaparatla çəkilməlidir- profesional xarakterli olmalıdır
Foto-sərgidə nümayiş olunacaq fotoların müəlliflik hüququ təqdim edən şəxsə məxsus olmalıdır
Fotoda əks olunan şəxsin razılığı haqda cavabdehlik fotoqraf daşıyır
Müsabiqənin sonunda 3 nəfər qalib müəyyən olunacaq.
Qaliblər üçün təyin olunan mükafatın məbləği :
I yer – 500 manat
II yer -300 manat
III yer-150 manat

Fotoların qəbulu:
Həftə içi hər gün (qeyri-iş günləri istisna olmaqla)
Saat 10:00-16:00-dək

Tel: 4925019 (131)
Email: [email protected]
Ünvan: Niyazi 11.
Fotoların qəbulu oktyabr ayının 1-dək davam edəcək.
P.S. Qalib gələn foto müəlliflik hüququnun qorunması şərti ilə Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunacaqdır.
Müsabiqədə mükafat qazanmayan fotolar müəlliflərə qaytarılacaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı