“Azərbaycan” İntellektual Oyunlar Klubu “III Müstəqillik Kubokunu” keçirəcək

18 oktyabr Azərbaycan Dovlət Müstəqilliyi günü münasibəti ilə “Azərbaycan” İntellektual Oyunlar Klubu, 26 oktyabr tarixində III Müstəqillik Kubokunu keçirəcək. Dialoq.info xəbər verir ki, turnir “Nə? Harada? Nə zaman?” və “Fərdi oyun” formatları üzrə keçiriləcək. Turnirdə 60 NHN sualı və “Hərb və Sülh” mövzusunda “Fərdi oyun” gözlənilir.

Turnirin ideya müəllifi və aparıcısı Aydin Piriyevdir. Sual müəllifləri: Şəhriyar Əliyev, Xəyalə Əzizli və Cavidan Hacıyevdir. Həmçinin sualların yazılmasında Nuranə Məmmədova və Qiyas İbrahim də iştirak etmişlər.

“Nə? Harada? Nə zaman?” və “Fərdi Oyun” turnirlərində iştirak etmək üçün aşağıdakı linklərdən qeydiyyatdan keçə bilərsiniz

“Nə? Harada? Nə zaman?

https://docs.google.com/forms/d/1x9AMsgFgSmPjHzqqCo7iDcII6jYOKwwkYuO_j9ybd9Q/viewform
Fərdi Oyun

https://docs.google.com/forms/d/1sdKpfQUEUGdeYmKFJb6guas4X1e9dvtl4KEuMgCRbuQ/viewform

Turnirdə yaş limiti yoxdur.NHN üzrə turnirdə 25 komandanın iştirakına şərait yaradılacaq.Fərdi oyun üzrə isə seçim mərhələsindən sonra 32 nəfər keçəcək.

Təşkilat komitəsi seçim hüququnu özündə saxlayır.

Turnirin təşkilati məsələləri üzrə məsul şəxs: Əskərzadə Mərziyyə

Qeydiyyat 24.10.2014 tarixinə qədər aparılır.