Azərbaycan İrana 500 milyon dollar kredit ayırdı

Azərbaycan İrana 500 milyon dollar dəyərində kredit ayırıb.

Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov qeyd edib ki, “Şimal-Cənub” layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə 2018-ci ilin birinci yarısında başlanılacaq.

O əlavə edib ki, Azərbaycan tərəfi dəmir yolunun tikintisi çərçivəsində artıq İrana 500 milyon dollar dəyərində kredit ayırıb və hər iki tərəf kredit sazişini imzalayıb.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here