Azərbaycan İstanbulda keçirilən kitab sərgisində uğurla təmsil olunub

İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyon ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Aslan Cəfərov  milli pavilyonumuzla bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan milli pavilyonunda 350-dən artıq adda və çox sayda kitab sərgilənib. Bölməmizə orta hesabla 14 min ziyarətçi daxil olub. Burada sərgilənən kitablar sonda ziyarətçilərə paylanılıb. Bundan başqa, sərgi çərçivəsində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş tədbir təşkil edilib. Eyni zamanda, şairin həyat və yaradıcılığına həsr olunan əsərlərin, eləcə də nazirliyin layihəsi əsasında Sevinc Fırat Zənginin Yayınçılıq tərəfindən qardaş ölkədə türk dilində nəşr olunan görkəmli yazıçı və şairlərimizin əsərlərinin təqdimatı keçirilib. Bölmənin fəaliyyəti və təqdimatlar KİV tərəfindən geniş işıqlandırılıb.

Bu cür sərgi-yarmarkalarda təmsil olunmağın xarici ölkələrin nüfuzlu kitab istehsalçıları ilə əməkdaşlıq əlaqələrinin qurulması baxımından da əlverişli fürsətlər yaratdığını qeyd edən A.Cəfərov vurğulayıb ki, Azərbaycan bölməsində “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatları üçün də öz kitablarını nümayiş etdirməyə əlverişli şərait yaradılıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here