“Azərbaycan” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Yazıçılar Birliyinin aylıq bədii orqanı olan “Azərbaycan” jurnalının 7-8-ci nömrəsi dərc olunub.

Jurnalın ilk səhifəsində yer alan “Poeziya” rubrikasında Məmməd İsmayıl, Anar Amin, Xəqani Həbiboğlu, Əli Nəcəfxanlı, Etibar Əliyev, Tapdıq Yolçu, Xalid Mahmud, İbadət Qurbanova və Şəfa Vəlinin şeirləri dərc edilib.

Jurnalda Mübariz Cəfərlinin “Nur” romanından bir parça, Naməddin Mirzəxanlının “Bilgisayarda sevgi macərası” povesti, Yaşar Bünyadın “Quşlar qayıtdısa” və “Ata”, Aydın Tağıyevin “Müharibə görənlər”, “Su sonası”, Elçin Mehrəliyevin təbiət hekayələri verilib.

Bu nömrədə jurnalın oxucuları qazax yazıçısı Muxtar Auezovun “Yasa bürünmüş gözəl” hekayəsi ilə də tanış ola bilərlər. Eləcə də jurnalda Ağahüseyn Şükürovun “Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri”, Pərvinin Aydın Tağıyevin 65 yaşına həsr edilmiş “Ümidlərin ardınca”, Mehman Süleymanovun “Şeyx Səfi məqbərəsinin talanması”, Qəşəm Nəcəfzadənin Firuzə Məmmədlinin yaradıcılığı ilə bağlı “Narahat ruhun poeziyası” adlı düşüncələri yer alıb.

Jurnalın esselər bölümündə Günel Natiqin “Hamısı darıxmaqdandır; Ölümə yuxu kimi baxmaq”, Cavid Qədirin “Sevgi deyiləndə”, İbrahim İbrahimlinin “Dahiliyin həddi”, Yaşar Qasımbəylinin Nəriman Həsənzadəyə həsr edilmiş “Şairin sevgi və əbədiyyət dastanı” esseləri dərc olunub.

Gənc tənqidçinin tribunası isə bu dəfə oxuculara Ülvi Babayevin Fərid Hüseynin şeirləri haqqında “Dövrlər və ömürləri bir yerə yığmağın yorğunluğu”, Nailə Süleymanlının “Xətai ardıcılı Qəribi” yazılarını təqdim edir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here