RESPONSIVE LEADERBOARD AD AREA
MƏDƏNİYYƏT 2019.08.07 18:10

Azərbaycan Latviyada keçirilmiş Beynəlxalq Tətbiqi Sənət Festivalında iştirak edib

98

Riqada İkinci Beynəlxalq Tətbiqi Sənət Festivalı və Latviyanın tətbiqi sənət ustaları Yuli Maderniyeks (1870-1955) və Yulius Straumeyə (1874-1970) həsr edilmiş “İki Yuli. STRAUME” mövzusunda konfrans başa çatıb.

Tədbirdə Azərbaycanı “NUR ART House” qalereyasının direktoru, “Azərbaycan xalçaçıları” İctimai Cəmiyyətinin sədri, Əməkdar mədəniyyət işçisi Röya Tağıyeva təmsil edib.

Röya Tağıyeva AZƏRTAC-a bildirib ki, festival Qulben tarixi mərkəzində – Vetsqulben malikanəsində və Qulben Vilayət Tarix-Bədii Muzeyində keçirilib.

2009-cu il Latviyada STRAUME bayrağı altında keçirilir. Bu rəmzi axın latış xalq ənənələrini, onların variasiyalarını, Şərq və Qafqaz xalça kompozisiyaları və naxışları, çiçəkləri, bitkiləri, quşları və rəssamların işlərində öz əksini tapmış digər üslub formalarını əhatə edir.

Festival çərçivəsində keçirilmiş “İki Yuli. STRAUME” beynəlxalq elmi konfransı bu sənətkarların şəxsiyyətinə, onların yaradıcılığına və mədəni irslərinin transformasiyasına həsr edilib. Konfransda Latviya, Azərbaycan, Gürcüstan, İran və Rusiyadan olan mühazirəçilər iştirak ediblər.

Röya Tağıyeva konfransda “Yulius Straumenin Azərbaycan xalça sənətinin inkişafında rolu” adlı məruzə ilə çıxış edib. Məruzədə tanınmış latış rəssamı və dekorativ-tətbiqi sənət bilicisi Yulius Straumenin Azərbaycan xalçalarına yüksək qiymət verməsi qeyd edilir. Məruzədə deyilir: “Yulius Straumenin genişəhatəli və məhsuldar fəaliyyəti, Azərbaycan xalçalarına dair qiymətli araşdırmaları, onun albomları və Azərbaycan kompozisiyası ənənələrinin (çeşnilərin) millimetrlik çertyojlara texniki üsulla köçürülməsi ideyası sayəsində Azərbaycan xalçalarının qədim kompozisiyalarına xas olan invariantların zəngin çeşidi qorunub saxlanmış, xalça sənətinin itirilmiş bədii xüsusiyyətləri və texnologiyaları bərpa edilib. Biz Azərbaycan xalçasına bu cür qayğılı münasibətə və yüksək bədii dəyər verilməsinə görə Yulius Straumeyə dərin təşəkkürümüzü bildiririk”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı