“Azərbaycan-Makedoniya mədəni irs günü” (ödənişsiz)

Əziz dostlar, Miras İctimai Birliyi 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Ağsu şəhərində “Azərbaycan-Makedoniya mədəni irs günü” təşkil edir. Tədbirdə “Azərbaycan-Makedoniya mədəni irsi” fotosərgisi, infotur, Makedoniyadan gəlmiş folklor qrupunun çıxışı və MİRAS Musiqi qrupunun ifasında Muğam dəstgahı olacaq. Maraqlananlar +99412 4089225 saylı telefona zəng vurub, Mİiras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyində qeydiyyatdan keçə bilərlər. Tələsin, yerlər məhduddur. İştirak etmək istəyənlərdən xahiş olunur ki, özləri ilə varsa Azərbaycan bayraqları gətirsinlər.