Azərbaycan müəllimlərinin qurultayı keçirilir

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı işə başlayıb.
Azvision.az xəbər verir ki, qurultayda təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Qurultayda “Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin qurultayda ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

Qeyd edək ki, müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here