Azərbaycan Qran-prisi “Formula-1”-in ən yaxşı yarışı səsverməsində birinci olub

“Formula-1″in Bakı şəhərində keçirilən Qran-pri mərhələsi mövsümün birinci yarısında ən baxımlı yarış adı uğrunda mübarizədə 62 faiz səs toplayıb.

Çempionatın rəsmi “Twitter” səhifəsində mərhələli şəkildə yarımfinal və final səsvermələri keçirilib.

Almaniyanın Hokkenhaym şəhərində keçirilən yarış yarımfinalda Silverstoundakına (Britaniya) məğlub olub. Daniel Rikardonun Çində qazandığı qələbə isə Azərbaycanda baş tutan möhtəşəm mərhələyə uduzub.

Final mübarizəsində Bakıdakı yarış 62%–38% hesabı ilə Silverstoundakına qalib gəlib.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here