Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul elan edir

Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul elan edir

Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə ELAN EDİR!

Dialoq.info xəbər verir ki,Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli, 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 20.10.2014-cü il tarixdən 02.11.2014-cü il saat 24:00-dək həyata keçirilir. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.azwww.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilər.

Sənədləri qəbul edilən namizədlər 13.11.2014-cü il tarixdən 15.11.2014-cü il saat 18:00-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsiç 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 16.11.2014-cü il tarixdə TQDK-nın müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.

“Elektron ərizə” formasını doldurmazdan əvvəl namizədlər “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları” ilə tanış olmalı, bu qaydalarla razı olduqları halda qeydiyyatdan keçməlidirlər. Elektron poçtu olan namizədlərin poçt ünvanına qeyd olunan qaydalar və müsabiqə ilə bağlı digər zəruri məlumatlar göndərilir.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Diqqət! Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız aşağıda qeyd olunan vakant yerlərdən birinə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edə bilər.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vakant yer üzrə vəzifədə işləməkdən imtina edərsə Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır!
Müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı:

3 saylı Ərazi Vergilər İdarəsi (Quba şəhəri)
– Koordinasiya şöbəsinin böyük mütəxəssisi

4 saylı Ərazi Vergilər İdarəsi (Şamaxı şəhəri)
– Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi

5 saylı Ərazi Vergilər İdarəsi (Şirvan şəhəri)
– Bəyannamələrin kameral yoxlanması şöbəsinin dövlət vergi müfəttişi

9 saylı Ərazi Vergilər İdarəsi (Göyçay şəhəri)
– Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi

12 saylı Ərazi Vergilər Departamenti (Gəncə şəhəri)
– Bəyannamələrin kameral yoxlanması şöbəsinin dövlət vergi müfəttişi
– Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi

13 saylı Ərazi Vergilər İdarəsi (Zaqatala şəhəri)
– Vergi proqnozları və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi

Zəngilan rayonu Vergilər Şöbəsi (Bakı şəhərində yerləşir)
– Vergi borclarının məcburi alınması işinin təşkili bölməsinin dövlət vergi müfəttişi

Cəmi: 8 yer.

Qeyd: Müsabiqənin sonuna qədər vakant yerlərin sayı dəyişə bilər.

http://www.taxes.gov.az/modul.php?name=musabiqe&news=83