RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir

603

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

 

Təlimdə əhatə ediləcək mövzular:

  • Təhsildə keyfiyyətin idarəedilməsi
  • Təhsili idarəetmənin hüquqi əsasları
  • Kompüter və təlim texnologiyaları
  • Təhsildə statistika və təhlil
  • Təhsilin idarəedilməsi və monitorinqi
  • Təhsili idarəetmənin  psixoloji əsasları
  • Kurikulum: Nəzəriyyə və tətbiq
  • Təhsildə maliyyənin idarəolunması

 

Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.

 

Müsabiqədə iştirak üçün minimum tələblər:

  • Ali pedaqoji təhsil
  • 5 (beş) il pedaqoji iş təcrübəsi

 

Namizədlərdən gözlənilən digər keyfiyyətlər:

  • Liderlik bacarığı
  • Yüksək motivasiyalılıq
  • Səmərəli qərar qəbuletmə bacarığı
  • Nəticəyönümlülük
  • İKT-dən istifadə bacarığı
  • Məntiqi düşüncə bacarığı

 

 

Müraciət qaydası:

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq, [email protected]elektron poçt ünvanına göndərməlidirlər.

 

Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.

 

Müraciət üçün son tarix: 25 oktyabr 2015-сi il

 

Seçim qaydaları:

Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına ([email protected]) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə – müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur.

 

Yekun qiymətləndirmə:

Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.

Müraciət forması

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı