RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.14 15:24

Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçiləri toplardan atəş açır

38

“Dəniz kuboku – 2019” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.

Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb.

Mərhələnin nəticələrinə əsasən Azərbaycan komandası 38 balla birinci, Rusiya 19 balla ikinci, İran 16 balla üçüncü, Qazaxıstan dənizçiləri isə 12 balla dördüncü yerlərdə qərarlaşıblar.


Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı