Azərbaycan səfiri etimadnaməsini İordaniyanın Kralına təqdim edib

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında yeni təyin olunmuş səfiri Rasim Rzayev etimadnaməsini bu ölkənin Kralı II Abdullah bin Hüseynə təqdim edib.

Səfirlikdən verilən məlumata görə, R.Rzayev, həmçinin etimadnaməsinin surətini İordaniya Xarici İşlər və Diaspor İşləri Nazirliyinin baş katibi Zey Əl Lovziyə təqdim edib.

Görüşlərdə Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here