Azərbaycan Sığortaçılar Assosiasiyasında Vasitəçilər komitəsinin ilk görüşü keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə assosiasiyanın nəzdində yaradılan Vasitəçilər komitəsinin ilk görüşü keçirilib.

ASA-dan bildiriblər ki, görüşdə assosiasiyanın sədri Mustafa Abbasbəyli sığorta vasitəçilərinin ASA-ya üzvlüyünün yenilik olduğunu bildirib və 2018-ci ildə beş sığorta vasitəçisinin quruma üzv olduğunu, Müşahidə Şurasının növbəti görüşü zamanı isə daha iki vasitəçinin üzv olmasının gözlənildiyini vurğulayıb.

Görüş zamanı komitə iştirakçıları sığorta vasitəçilərinin sığorta bazarındakı əhəmiyyətli rolundan bəhs edib. Sığorta vasitəçilərinin ASA-ya üzv kimi qəbul olunmasının Azərbaycan sığorta bazarı üçün yeni bir istiqamət olduğunu və onun sığorta bazarının inkişafını dəstəklədiyini bildiriblər. Mustafa Abbasbəyli Vasitəçilər komitəsinin sığorta bazarında onların maraqlarına toxunan bütün halların müzakirəsi üçün ortaq platforma olduğunu qeyd edib.

Görüşün yekununda Vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin” Baş kommersiya direktoru Xəyal Məmmədxanlının təyin olunması və bu barədə ASA-nın Müşahidə Şurasına təqdimat verilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Müşahidə Şurasının mayın 7-də keçirilən görüşündə assosiasiya nəzdində Vasitəçilər komitəsinin yaradılması qərara alınıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here