“Azərbaycan təsviri sənəti – gəncliyə örnək” adlı kitabın təqdimat mərasimi keçiriləcək

Dialoq.info xəbər verir ki, 08 oktyabr saat 18:00- da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclərin Töhfəsi” Ictimai Birliyi tərəfindən “Azərbaycan təsviri sənəti – gəncliyə örnək” adlı layihəsi çərçivəsində çap edilmiş “Azərbaycan təsviri sənəti – gəncliyə örnək” adlı kitabın təqdimat mərasimi keçiriləcəkdir. Layihə rəhbəri Asim Vəliyevin verdiyi məlumata görə kitabda qədim dövrlərdən tutmuş müasir dövrə qədər Azərbaycan təsviri incəsənətinin inkişaf yolları mərhələ-mərhələ tədqiq edilir. Kitab ön sözdən, baş məqalədən, 40 məşhur rəssam haqqında ayrıca məqalələrdən və 40 rəssamın yaradıcı bioqrafiyası haqqında ayrıca bölmədən ibarətdir. Layihənin həyata keçirilməsində əsas məqsəd tanınmış rəssamlarımızın yaradıcılığının nümunəsində gənc yaradıcı insanlara zəhmətsevərliliyi aşılamaq, onların yaradıcı enerjilərinin daha səmərəli istiqamətlənməsinə nail olmaqdır. Tədbir Abşeron rəsm qalareyasında həyata keçirləcəkdir.
Ünvan: İçər şəhər. Asəf Zeynallı 11, Polşa səfirliyinin yanı