“Azərbaycan təsviri sənətində qrafika dünən və bugün”

Müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində elan olunmuş “Azərbaycan təsviri sənətində qrafika dünən və bugün” adlı respublika rəsm müsabiqəsinin yekun sərgisi “Qrafika 2019” adı altında 8 yanvar 2019-cu il Xətai Sənət Mərkəzində açıldı.

Müsabiqəyə 380-dan çox qrafika və qrafika yönlü əsərlər təqdim olunmuş və 76 əsər seçilərək ikinci turda sərgiləndi. Nəzərinizə çatdırırıq ki, bu əsərlər arasından I YERƏ – Əbülfəz Fərəcoğlu

II YERƏ – Fəxrəddin Qəhrəmanlı

III YERƏ – Mais Əliyev layiq görüldü.

Həmçinin, 6 əsər

HƏVƏSLƏNDİRİCİ YER – Nərgiz Abdullayeva

HƏVƏSLƏNDİRİCİ YER – Vəfa Allahyarova

HƏVƏSLƏNDİRİCİ YER – Rəfail Əlizadə

HƏVƏSLƏNDİRİCİ YER – Niyaməddin Qocayev

HƏVƏSLƏNDİRİCİ YER – Daniela Perera

HƏVƏSLƏNDİRİCİ YER – Xatirə Həsənzadə layiq görüldü.

Bundan başqa nominasiya üzrə mükafatlanmada

Ən yaxşı kompozisiya – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – Kənan Sərkəzov

Ən yaxşı kitab qrafikasına görə – Azərbaycan Rəssamlar İttifaqı – Elmira Durmuşova

Ən yaxşı dəzgah qrafikasına görə – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası -Sevinc Quliyeva

Ən yaxşı icra texnikasına görə – Azərbaycan Dövlət Rəsm Qalereyası – Kübra Binnetova

Tarixi mövzuda işlənmiş qrafikaya görə – Azərbaycan Dövlət Rəsm Qalereyası – Zaur Mirzəyev

Ən yaxşı mövzu seçimi – Xətai Sənət Mərkəzi – Adil Əsədli

Ən yaxşı avtoportret nominasiyası – “Sənətşünaslığın təbliği” İctimai Birliyi – Yaylagül Ramazanova

Sərgi 2019-cu il 8-14 yanvar tarixlərini əhatə edəcək və davam etdiyi müddətcə müxtəlif tədbirlər, o cümlədən, 10 yanvar saat 12:00-da mətbəə işçiləri ilə görüş, 12 yanvar saat 17:00-da gənc qrafiklərlə görüş olacaq. Nəzərinizə çatdıraq ki, sərginin kataloqunun çapı nəzərdə tutulmuşdur. Sərgidə ilk turu keçmiş əsərlərlə yanaşı klassik qrafiklərin əsərləri, o cümlədən, Səttar Bəhlulzadə,Ələkbər Rzaquliyev, Maral Rəhmanzadə, Rafiq Mehtiyev, Arif Ələsgərovun əsərləri təqdim olundu. Günümüzün korifeylərindən Arif Hüseynov, Əbdül Şərif, Arif Əziz , Elturan Ovalov, Cəlal Ağayev, Rəsul Hüseynov, Rəfail Muradov, Aytən Şirzadova, Bayram Qasımxanlının əsərləri nümayiş olundu. Nəzərinizə çatdıraq ki. müsabiqə bütün yaş kateqoriyalarını əhatə edirdi.

Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub.

Müsabiqənin yekun sərgisi “Qrafika 2019” adı altında 2019-cu il 8-14 yanvar Xətai Sənət Mərkəzində tamaşaçıların üzünə açıq olacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here