RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Azərbaycan teatrı bu gün” layihəsi keçirilib

356

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Müşfiqabad mədəniyyət evinin təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycan teatrı bu gün” layihəsinin icrası baş tutmuşdur. Nəzəri və praktiki hissədən ibarət olan layihədə 50 nəfər gənc iştirak etmişdir. Əsas məqsəd gənc nəslə teatr ənənələrinin çatdırılması və onların asudə vaxtının səmərəli təşkil etdirilməsindən ibarət olan tədbirdə açılış nitqini layihə rəhbəri Saleh Bağırov etmişdir. O, çıxışında layihənin donoru olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən və həyata keçirdiyi layihənin əsas məqsədindən danışıb. Layihə çərçivəsində əməkdar artist, prezident mükafatçısı Rahib Əliyev və digər gənc aktyorlarla görüş keçirilmişdir. Görüşdə Azərbaycan teatrının bugünkü durumundan və gələcək inkişaf yollarından söz açılmışdır. Layihənin çərçivəsində Müşfiqabad Mədəniyyət Evinin bədii rəhbəri Mətanət Cəfərova çıxış edərək, xalq teatrlarının bugünkü durumundan söz açıb. Layihə sonunda iştirakçılar sertifikat və diplomlar ilə təltif edilmişdir

unnamed (2) unnamed unnamed (1)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı