Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər

“Gilan Textile Park” şirkəti ixrac coğrafiyasını MDB ölkələrində yeni bazarlaradək genişləndirmək niyyətindədir.

Bunu Trend-ə Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mehriban Axundova deyib.

Onun sözlərinə görə, hazırda tekstil məhsulunun ixracı ilə bağlı Rusiyada tərəfdaşlarla danışıqlar davam edir:

“Rusiyadan başqa biz Belarusa tədarükləri nəzərdə saxlayırıq. Söhbət xalat, yorğan və digər məhsullardan gedir. Gələcəkdə biz digər MDB ölkələrinə ixracatı planlaşdırırıq”.

Assosiasiya rəhbəri bildirib ki, “Gilan Textile Park” şirkətinin məhsulu ekoloji cəhətdən təmizdir və beynəlxalq keyfiyyət standartlarına cavab verir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here