Azərbaycan Turizm İnstitutunda ” Tələbələrin Pozitiv Gücü” adlı təlimlərə start verilir

Dialoq.info xəbər verir ki, 22.10.2014-cü il tarixindən Azərbaycan Turizm İnstitutunda ” Tələbələrin Pozitiv Gücü” adlı təlimlərə start verilir. Tələbələrin pozitiv gücü adlı təlimlərə başlamaqda məqsədimiz hər birinizdə təşkilatcılıq, potensiallıq, perspektivlik, yüksək ehval ruhiyyə, stimul, pozitivlik kimi müsbət keyfiyyətləri formalaşdırmaq. Düzgün idarəetmə zamanı hər bir şəxsin həm maariflənməsində, gələcək inkişafında, hədəflərini, mövqeyini düzgün müəyyənləşdirməkdə mühüm rol oynayır.
İlk Təlim 22.10.2014-cü ildə Azərbaycan Turizm İnstitunun 1-ci korpusunda 205 nömrəli otaqda və ya kitabxanada (tələbələrin sayından aslı olaraq ) keçiriləcək.
1-ci mövzu : “İdarəetmə Sənətdir yoxsa Elm ?
Təlimçi : Azərbaycan Turizm İnstitutun Prorektoru s.e.u.f.d. Eldar Aslanov
Təlimin başlama vaxtı : saat 13:00
Təlimin müddəti 1 saatdır.
Təlim ödənişsizdi.
Təşkilatçı: Tural Hüseynli
Əlaqə : 055 494 60 30