RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Azərbaycan Türkiyəyə 270 milyon dollar investisiya yatırıb

52

Türkiyəyə birbaşa xarici investisiyalar bu ilin ilk 5 ayında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz artaraq 3 milyard 634 milyon dollar təşkil edib.

Türkiyə Mərkəzi Bankının statistikasına görə, ötən ilin ilk 5 ayında xarici investisiyalar 2 milyard 200 milyon dollar olub.

May ayında Türkiyə iqtisadiyyatına yatırılan xarici investisiyaların məbləği 1,5 dəfə artaraq 915 milyon dollara çatıb.

Türkiyə iqtisadiyyatına birbaşa investisiya yatıran ölkələr arasında İspaniya, Hollandiya, Qətər, Azərbaycan və Belçika ilk beşlikdə qərarlaşıb.

İnvestisiya qoyuluşlarının 21%-i və ya 751 mln. dolları Hollandiyanın, 15%-i və ya 541 mln. dolları Qətərin, 7%-i və ya 270 mln. dolları Azərbaycanın, 6%-i və ya 210 mln. dolları isə Belçikanın payına düşüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı