Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin dörd illik üzvü seçilib

Azərbaycan dörd il müddətinə UNESCO-nun qeyri-maddi Mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin mühüm əhəmiyyətli üzvlərindən biri seçilib.
Bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov “Twitter”də yazıb. O bildirib ki, Azərbaycan 2018-2022-ci illərdə komitənin üzvü olacaq.
Qeyd edək ki, Komitəyə seçilən 12 üzv ölkə sırasına Niderland, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Küveyt də daxildir.
UNESCO-nun qeyri-maddi Mədəni irs Hökumətlərarası Komitəsi – qalan, eyni zamanda irs olaraq tanınan və nəsildən nəsilə köçürülən şifahi izahatlar, ənənələr, misallar, məlumat və digər mədəni məkanların qorunmasını qarşısına məqsəd qoyur.
APA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here