Azərbaycan Universiteti Konfutsi İnstitutu ilə əməkdaşlığa başlayır

Azərbaycan Universiteti ilə Bakı Dövlət Universitetinin nəzdində Konfutsi İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Konfutsi İnstitutunun direktoru Oqtay Cəlilbəyli imzalayıblar.

Universitetdən bildiriblər ki, müqavilənin imzalanmasının əsas məqsədi Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına töhfə verilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi və təhsil əlaqələrinin inkişaf etdirilməsidir.

Sənəddə tərəflərin Azərbaycan Universiteti ilə Çinin aparıcı universitetləri arasında tələbə mübadiləsinin aparılması, bu ali məktəbin tələbələri üçün Çin dili kursu üzrə yay və qış məktəblərinin təşkil edilməsi planlaşdırılır. Eyni zamanda Çin dilinin Azərbaycan Universitetinin tədris planına ikinci xarici dil kimi daxil edilməsii, tələbələrə Çin dili üzrə HSK (Hanyu Shuiping Kaoshi) və HSKK (Hanyu Shuiping Kouyu Kaoshi) imtahanlarına hazırlıqda kömək göstərilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here