Azərbaycan universitetləri dünya təhsil reytinqində neçənci yerdədir? SİYAHI

Azərbaycan universitetləri dünya təhsil reytinqində neçənci yerdədir? SİYAHI

Dünyanın nüfuzlu elm və təhsil mərkəzlərinin dünya reytiqini hər il işləyib açıqlayan “Times Higher Education” bu ildə eyni hesabatını açıqlayıb. Dünyanın 110-dan artıq ölkəsinin 20.000-dən yuxarı universitetinin bur sıra meyarlar üzrə hesabalanan reytinqinin nəticələri hər il dünyada maraqla gözlənilir. Onu da qeyd edək ki, reytinqin işlənməsində İngiltərənin tanınmış “Tomson Röyters” xəbər agentliyi də “Tayms”a informasiya dəstəyini göstərir. Bunlar öz yerində, keçək əsas mətləbə, dünya universitetlərinin reytinqində builki duruma.

Məşhur Harvard bu il 1 pillə gerilədi

Dünya universitetinin reytinqinə 2014-cü ilə qədər başçılıq edən ABŞ-ın nüfuzlu Harvard Universitetit bu 1 pillə geriləyərək 93.3 reytinq balı ilə 2-ci yerdə qərarlaşıb. Onu isə bu il ilk dəfə olaraq 94.3 balla Kaliforniya Texniki Universiteti əvəz edib. Üçüncü yerdə isə 93.2 balla İngiltərənin məşhur universiteti Oksford gəlir. İlk üçlüyün ardınca dünyanın ən nüfuzlu universitetlərinin reytinqində ilk onluq belə tamamlanır:

uni

Builki reytinq ilk ikiyüzlüyə ABŞ-dan 74, Böyük Britaniyandan 29, Almaniyanın 12 təhsil müəssisəsi olmaqla Avropadan 80, Asiya qitəsindən 24, Şimali Amerikadan 80, Okeaniyadan 15 və Afrikadan 1 universitet daxil ola bilib.

Ümumilikdə isə 207 ölkənin 22123 universiteti üzrə cari durum aşağıdakı cədvəldən daha aydın müşahidə edə bilərsiniz.

Azərbaycan Gürcüstan və Ermənistandan da geridə

Cədvəldən də Azərbaycanın və qonşularının bu sahədə dünyadakı mövqelərini aydın görmək olur. Beləliklə, şimal qonşumuz Rusiya 28-ci, Türkiyə və İran müvafiq olaraq 45 və 47-ci yerlərdə, Cənubi Qafqazda yerləşən Gürcüstan və işğalçı Ermənistan isə müvafiq olaraq 80 və 102-ci yerlərdə qərarlaşıb. Analoqsuz inkişaf iddiası edən ölkəmiz isə bu strateji yarışmada bütün qonşularına uduzaraq təhsilinin səviyyəsinə görə dünya reytinqində 132-ci yerdə qərarlaşıb. Azərbaycandan sonra isə 139-cu yerdə Özbəkistan gəlir. Orta Asiyanın digər ölkəsi Qazaxıstan isə daha irəlidə, 78-ci yerdədir. Baltikyanı ölkələr Estoniya, Litva və Latviya isə müvafiq olaraq 41, 54 və 58-ci yerləri bölüşürlər.

Beləliklə, göründüyü kimi, Azərbaycan təhsilinə qoyulan xərclər hələ ki, özünü nəinki doğrultmur, hətta iqtisadi imkanların görə xeyli geridə olan yaxın qonşularından belə bu sahədə bir neçə pillə geridədir.

Reytinqə düşən Azərbaycan universitetləri və pillələri

Reytinqdən göründüyü kimi, Azərbaycanın 20 minliyə ümumən 41 universiteti, dünya universitetlərinin 10 minliyinə isə cəmi 5 universitetimiz daxil ola bilib. Analoji göstərici Gürcüstanda 8, Ermənistanda isə 5-dir. Eyni zamanda Azərbaycan və Ermənistandan fərqli olaraq, Gürcüstanın daha 3 universiteti ilk 5000-liyə daxil ola bilib.

İlk 10.000-likdəki universitetlərimiz isə bunlardır:

  1. Xəzər Universiteti
  2. Qafqaz Universiteti
  3. Bakı Dövlət Universiteti
  4. Azərbaycan Diplomatik Akademiyası
  5. Baki Avrasiya Universiteti

Dünya reytinqində Azərbaycan universitetlərinin ilk onluğunun sıralaması və reytinq əmsalları ilə isə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

1413012034_cedvell

 

 

 

 

 

 

 

 

Cədvəldə ölkə universitetlərinin dünya reytinqindəki əmsalları göstərir ki, təhsilimizin birincisi belə (hal-hazırkı göstəricilərə görə Xəzər Universiteti, – müəl.) dünya universitetlərinin nəinki ilk 100-lüyünə, nəinki ilk 1000-liyinə, heç ilk 5.000-liyinə də düşə bilmir. Bu isə ölkə təhsilinin real vəziyyətini əks etdirir.

Böyüdülmüş formada baxmaq üçün cədvəlin üzərinə “klik” edin

sıra1

 

 

 

sıra2

 

 

 

 

 

 

 

 

 

sıra3

 

 

 

 

 

 

 

 

 

 

sıra4

 

 

 

 

 

 

 

sıra5

 

 

 

 

 

 

 

 

 

 

sıra6

 

 

 

 

 

 

 

 

 

 

sıra7

 

 

 

 

 

 

sıra8

 

 

 

 

 

 

 

Mənbə: deyerler.org