Azərbaycan və Dünya İncəsənəti üzrə Mühazirələr Silsiləsi

Yarat Müasir İncəsənət Məkanı, “ASAN xidmət”, Beynəlxalq Muğam Mərkəzi və “ASAN Könüllüləri” gənclər təşkilatı birgə layihəyə start verir. Layihənin əsas məqsədi tanınmış ekspertlər tərəfindən incəsənət sahəsi ilə bağlı ümumi mühazirələrin keçirilməsidir. Dial0q.info xəbər verir ki, üstadlarından Azərbaycan və dünya mədəniyyəti və incəsənəti haqqında keçirilən mühazirələr Muğam mərkəzində “ASAN xidmət” mərkəzinin əməkdaşları, könüllüləri və vətəndaşlarımız üçün nəzərdə tutulmuşdur. Öz sahəsində tanınmış ekspertlər tərəfindən auditoryanı maraqlandıran mədəniyyət və incəsənət sahəsi ilə bağlı mühazirələr oxunacaq.
Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasında müsbət rol oynayacaqdır.

Silsilə mühazirələr aşağıdakı proqram üzrə nəzərdə tutulmuşdur.

İncəsənətlə tanışlıq
Azərbaycan memarlıq məktəbləri
Azərbaycan incəsənəti orta əsrlərdə
Azərbaycan miniatür incəsənəti
Rus avanqardı (suprematizm)
İmpressionizm, postimpressionizm, kubizm
Səttar Bəhlulzadə yaradıcılığı
Azərbaycan Sovet incəsənəti 90-cı illərədək
Azərbaycan incəsənəti (nonkonformistlər)
Azərbaycan müasir incəsənəti 90-ci illərdən bugünədək

Ünvan: Beynəlxalq Muğam Mərkəzi
Neftçilər pr., 9

Giriş sərbəstdir!

Ətraflı məlumat:
0124447444 ,108