Azərbaycan və İsrail arasında seysmoloji sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetinin professoru Zvi Ben-Avraham AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.

Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və RSXM-nin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonağa Monitorinq Mərkəzində aparılan tədqiqatlarla bağlı ətraflı məlumat verilib.

Görüşdə iki ölkə arasında seysmologiya sahəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here