RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Azərbaycan və Rumıniya arasında turizm əlaqələri müzakirə olunub

10

Azərbaycan və Rumıniya arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Rumıniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İancu arasında görüş zamanı vurğulanıb.   Görüş çərçivəsində qarşılıqlı olaraq Rumıniyanın kənd turizmi və ekoturizm üzrə mövcud təcrübəsinin Azərbaycanda, həmçinin Azərbaycanın mədəni irs nümunələrinin turizm sahəsində istifadəsi üzrə təcrübəsinin Rumıniyada tətbiqi barəsində müzakirə aparılıb. Hər iki ölkənin işgüzar və biznes turizmi sahəsindəki təcrübələrindən bəhs olunub, beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Rumıniyanın əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı