Azərbaycan və Rusiya elmi dairələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, rusiyalı professor, hüquq elmləri doktoru Yuri Baturin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda olub.

İnstitutdan bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli rəhbərlik etdiyi qurumun elmi perspektivlərindən, burada aparılan elmi-tədqiqat işlərindən danışıb.

Söhbət zamanı Y.Baturin Elm Tarixi İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Təbiətşünaslıq və Texnika Tarixi İnstitutu arasında əməkdaşlıqdan, elm tarixinin aktual problemlərindən danışıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here