“Azərbaycan – Vətənim mənim ” devizi altında sulu boya rəsm müsabiqəsi

“Azərbaycan – Vətənim mənim ” devizi altında sulu boya rəsm müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Xətai Sənət Mərkəzi ilə birlikdə təsviri sənətdə sulu boya janrının inkişafı, ölkəmizdə və ölkəmizdən kənarda təbliği məqsədi ilə “Azərbaycan – Vətənim mənim ” devizi altında sulu boya rəsm festivalı keçirir və müsabiqə elan edir.

I yer 1000 manat –  (1 nəfər)

II yer 600 manat – ( 1 nəfər )

III yer 400 manat – (1 nəfər)

Dialoq.info-nun məlumatına görə, həvəsləndirici mükafat 100 manat (10 nəfər) təşkil edir.

  1. Azərbaycanın bütün bölgələrindən əsərlər qəbul olunur.
    2. Əsərlər Xətai Sənət Mərkəzində oktyabrın 18-nə qədər qəbul ediləcək.
    3. Seçilmiş əsərlər Bakı,Naxçıvan və Gəncədə sərgilənəcək.
    4. Yaşından asılı olmayaraq hər kəs bu müsabiqədə iştirak edə bilər və ölçü məhdudiyyəti yoxdur.Əlaqə tel: (012) 490 84 51
    Ünvan: Xocalı prospekti 62