Azərbaycan Xalça Muzeyinə səyahət təşkil olunacaq

Dialoq.info xəbər verir ki, AEGEE-Bakı Mədəniyyət İşçi Qrupu Azərbaycan Xalça Muzeyinin yenicə ictimaiyyətə açılmış binasına ekskursiya təşkil edir. Tədbir gənclərin vaxtının daha səmərəli və məhsuldar keçirilməsinə hesablanıb. Layihə müddətində iştirakçılar Azərbaycan Xalça Muzeyinə səyahət edərək milli-mədəni dəyərlərimiz, xalq tətbiqi sənətləri və zəngin xalça toxuma mədəniyyətimiz ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Ekskursiyanın sonunda İçərişəhərdə yerləşən AEGEE-Bakı ofisində olub AEGEE (Avropa Tələbələr Formu) barədə ətraflı məlumat əldə edə biləcəklər.

Layihədə iştirak ödənişsizdir.

Layihəyə qoşulmaq istəyən iştirakçılar 12:30-da Azneft meydanı, bayraq dirəyinin qarşısında toplanacaqlar..

Məkan: Azneft meydanı, bayraq dirəyinin qarşısı
Zaman: 12 Oktyabr 2014-cü il 12:30