Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunda qeyd olunacaq

Astanada iyunun 18-də Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ənənəvi təşkil olunan III “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülən “Gələcəyə doğru: Mənəvi yenilənmə” proqramı və Astananın paytaxt elan olunmasının 20 illiyinə həsr olunan Forumun açılış mərasimində Qazaxıstan Respublikasının Dövlət katibi Gülşara Abdıkalıkova, BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO), İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu (ECOSF), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) və Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA) kimi beynəlxalq təşkilatların rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak edəcəklər. Bununla yanaşı, Foruma diplomatlar, dövlət və ictimai xadimlər, nüfuzlu araşdırma mərkəzlərinin rəhbərləri, aparıcı elm xadimləri və tədqiqatçılar da qatılacaqlar.

Forum çərçivəsində TWESCO tərəfindən son illər nəşr olunan kitabların sərgisi təşkil ediləcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here