Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medal təsis edilə bilər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medal təsis edilməsi təklif olunur.

Bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli parlamentinin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ya Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medal təsis olunmalıdır.

T.Kərimlinin sözlərinə görə, bu addım Cümhuriyyət qurucularına qarşı ehtiram kimi də qiymətləndirilə bilər.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here