Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları buraxılacaq

“Azərmarka” MMC Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları seriyasını buraxacaq.
Bu barədə məlumat verən şirkətin direktoru Leyla Güləliyevanın sözlərinə görə, markalar məhdud sayda buraxılacaq və AAXC-nin yaranmasının 100 illiyinə həsr olunmuş sərgidə təqdim olunacaq: “Biz həmçinin Novruz bayramına həsr olunmuş tematik markalar buraxmağı planlaşdırırıq. Üç markadan ibarət blokun buraxılışı nəzərdə tutulur ki, onlar da açıq satışa çıxarılacaq”.
L. Güləliyeva xatırladıb ki, ötən ilin sonunda “Azərmarka” tematik markaların yer aldığı “Azərbaycan” kitabını nəşr etmişdi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here