Azərbaycana səfər edən turistlərin satına görə rusiyalılar birinci yerdədir

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana səfər edən turistlərin siyahısına yenə də Rusiya vətəndaşları liderlik edir. Azərbaycana səfər edənlər arasında sonrakı yerləri Gürcüstan, İran, Türkiyə turistləri tutur.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana Rusiyadan 661 349, Gürcüstandan 397038, İrandan 301012, Türkiyədən 222258 nəfər xarici vətəndaş gəlib. Yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) Azərbaycana 77963 nəfər səyahət edib.

Siyahıda 6-cı yerdə qərarlaşan İraqdan Azərbaycana 51184, 7-ci yerdə olan Ukraynadan 44592, 8-ci yerdə olan Səudiyyə Ərəbistanından 30587, 9-cu yerdə olan Qazaxıstandan 27980, 10-cu yerdə olan Birləşmiş Krallıqdan 24253 nəfər gəlib.

Azərbaycana turistin çox gəldiyi ölkələrin sırasında Oman, Özbəkistan, Almaniya, Küveyt və s. də var.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here