“Azərbaycanda bütün dünyaya nümunə ola biləcək şərait yaradılıb”

“Ölkə başçımız 2013-cü ildə hakimiyyətə gələrkən bəyan etmişdi ki, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Ötən hər bir il ərzində ölkə başçısı bunu öz əməli fəaliyyəti, həyata keçirdiyi islahatları ilə məhz Azərbaycan insanı naminə qəbul etdiyi dövlət proqramları, qəbul olunan qərarlar və əməli fəaliyyətlə hər zaman sübut edib. Sübut etdi ki, o dediyi sözün üstündədir və dediyi sözü həyata keçirməyə, onu reallaşdırmağa israrlıdır. Dövlət başçısı hər zaman sübut etdi ki, dünyada baş verən iqtisadi proseslər, bütövlükdə qlobal məkanda baş verən məsələlər Prezidentimizin məhz bu iradəsini reallaşdırmağa mane ola bilməz”. Bu fikirləri SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

“Xatırlayırsınızsa, bir neçə il bundan öncə dünyada baş verən iqtisadi böhran və bunun fonunda bütövlükdə dünyada karbohidrogen ehtiyatlarının qiymətlərində olan dəyişikliklər baş verərkən ölkə başçısı artıq zaman-zaman iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əsasını qoyduğu işləri irəli sürdü və iqtisadiyyatın neftdən asıllığının minimuma endirilməsi və gələcəkdə iqtisadiyyatın neftdən asıllığı ilə bağlı iqtisadi reformaları işə saldı. Bunun üzərindən 3 il vaxt ötməsinə baxmayaraq görürük ki, artıq bunlar işləkdir və Azərbaycanın iqtisadiyyatı xeyli şaxələnib. Məsələ ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə, əlbəttə ki, ölkə başçısı hər dəfə insanların sosial vəziyyətinin yaxşılaşdırılması və ölkə insanının firəvan yaşaması naminə addımlar atır. Azərbaycan arzulamadığı və ondan asıl olmayan bir münaqişəyə cəlb olunub. Təəssüflər olsun ki, bu münaqişədə Azərbaycanda xeyli sayda məcburi köçkünlər formalaşdı. Bu insanların sosial müdafiə məsələləri, qaçqın düşərgələrinin ləğv olunması, qaçqın və məcburi köçkünlər üçün ən müasir yaşayış məntəqələrinin tikilməsi, qəsəbələrin, şəhərlərin salınması və s. üçün neftdən gələn bütün vəsaitlər məhz ilk illərdə bu istiqamətə yönləndirildi. Artıq Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində bütün dünyaya nümunə ola biləcək şərait yaradılıb. Bütövlükdə Azərbaycanda çox ciddi iqtisadi reformalar həyata keçirildi. Artıq 2019-cu il yeni başlayıb və biz görürürük ki, ölkə başçımızın Azərbaycanda insanların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul olunur”-deyə, sədr fikrini tamamlayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here