RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub

28

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Azadə Musabəylinin tərtib etdiyi dördcildlik “Əlyazmalar İnstitutundakı türkdilli əlyazmaların toplu kataloqu” çapdan çıxıb.

İnstitutdan bildiriblər ki, toplu kataloqun elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

Topluya Əlyazmalar İnstitutunda saxlanılan, ümumi sayı 6121 olan bütün türkdilli əlyazmalarla bağlı biblioqrafik məlumatlar daxildir. Birinci və ikinci cildlər əsər adları üzrə, üçüncü və dördüncü cildlər şəxs (müəllif, tərcüməçi və b.) adları üzrə əlifba sırası ilə tərtib olunub.

Qeyd edək ki, Əlyazmalar İnstitutundakı müxtəlif elm sahələrini və mövzuları əhatə edən türkdilli əlyazmaların toplu kataloqunun hazırlanması Azərbaycanda ilkin təşəbbüsdür.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı