RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Azərbaycanda narkomanların sayı açıqlanıb

35

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31.dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olub ki, onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

2019-cu ilin 6 ayı ərzində 2557 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 1276 nəfərdə narkotikdən istifadə aşkarlanıb, onlar müvafiq qeydiyyata götürülüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı