RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.11.08 18:17

Azərbaycanda qanunsuz ov edən 2 ərəb cərimələnib

86

İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericiliyə uyğun olaraq, 2000 manat cərimələnib. Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib.

H.Əlizadə əlavə edib ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı